Ermənistan işğal etdiyi beş rayonu qaytarmağa hazırdır?

 

86

 

 

“Todays Zaman” Türkiyə Xarici İşlər Nazirliyində işləyən mənbənin verdiyi məxfi məlumatlardan bəhs edib

Türkiyə Azərbaycanla Ermənistanı barışdırmaq istəyi ilə dəstək üçün İsveçrəyə müraciət edib. Xalq.az-ın “1News”a istinadən verdiyi məlumata görə, bu xəbər Türkiyə hakim dairələrinə yaxın “Todays Zaman”da dərc olunmuş məqalədə yer alıb.

Qəzetin yazdığına görə, oktyabr ayında İsveçrəyə səfər edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu isveçrəli rəsmi şəxslərə bildirib ki, Ankara İrəvanla münasibətləri normallaşdırmağa hazırdır. Amma türkiyəli nazir bunun üçün İrəvan işğal edilmiş Azərbaycan torpaqlarını azad etməli olduğunu deyib. Davudoğlu deyib ki, əgər İsveçrə Ermənistanı işğal olunmuş torpaqların azad olumasının vacibliyiniə inandıra bilərsə, Ankara Ermənistanla sərhədləri aça bilər. Qəzetin məlumatına görə, İsveçrə məmurları Davudoğlunun dediklərini müsbət qarşılayıblar.

“Todays Zaman”ın Türkiyə Xarici İşlər Nazirliyində (XİN) işləyən mənbəsinin verdiyi məlumata görə, Türkiyə 1915-ci ildə baş verdiyi iddia edilən qondarma erməni soyqırımının 100 illiyi qeyd ediləcək 2015-ci ilə kimi Ermənistanla münasibətləri bərpa etməyə çalışır.

Qəzetin mənbəsinin məlumatına görə, Azərbaycan bəyan edib ki, əgər İrəvan ən azı Dağlıq Qarabağ ətrafındakı 7 işğal olunmuş rayondan 5-ni qaytararsa, Türkiyə – Ermənistan sərhədinin açılmasına etiraz etməyəcək.
“İrəvan da həmçinin bildirib ki, beş rayonu qaytarmağa hazırdır”, – deyə nəşrin mənbəyi vurğulayıb.