Ermənistanın iç üzünü açdı

“Yanacağın bahalaşması, nəqliyyatda gediş haqlarının artması qiyama gətirib çıxara bilər”.

Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.

Onun sözlərinə görə, yanacağın bahalaşması təkcə nəqliyyatda tariflərin artması ilə yekunlaşmır: “Bu, yük daşımalarının, eləcə də qida məhsulları da daxil olmaqla bütün malların qiymətinin artması ilə nəticələnəcək. Qiyam özlüyündə neqativdir və bu, siyasi proseslərin yoxluğunun meyvəsidir. Xalq ayağa qalxır, qarşısına çıxanı süpürüb aparır istədiyini edir. Onun qarşısını almaq mümkün olmur”.

M.Sarkisyan xatırladıb ki, Ermənistanda ciddi sosial narazılıq 2015-ci ildə “Elektromaydan” zamanı oldu: “Lakin 2016-cı ildə təhlükəsizliklə bağlı ciddi böhranla qarşılaşdıq. “Sansa-sner” qiyamı oldu. Bu, onu göstərir ki, sistem özünü batırdı. Onlar bunu anladıqları üçün hökuməti buraxdılar, 6-7 general istefaya göndərildi. Bundan sonra vəziyyət bir qədər yumşaldı. Bu gün vəziyyət yenidən dəyişir. Hakimiyyət “ordu-millət” ideyasını irəli sürərək, möhtəkirlik edir. Bu isə ictimai əhval-ruhiyyəyə təsir edir. Bununla yanaşı, benzinin qiyməti qalxaraq, əvvəlki vəziyyətə qayıdır. Bütün bunlar cəmiyyətdə şübhələrə səbəb olur. Yeri gəlmişkən, qiyamlar sadəcə mürəkkəb sosial vəziyyətə görə yaranmır, bu, adi şeylərə görə – misal üçün hakimiyyətin yalan danışması kimi – alovlana bilər. Serj sarkisyan insanları özünü gələcək nağılları ilə doyuzdurmağa çalışır, lakin insanlar onları axmaq yerinə qoyanları bağışlamır”.

Erməni politoloq Serj Sarkisyanın hakimiyyətdən getməyinin vacib olduğunu diqqətə çatdırıb.

“O anlamlıdır ki, vaxtını başa vurub. Xüsusilə 2016-cı ildə Qarabağ müharibəsində danışdığı yalanlar buna zəmin yaradır. Hazırda hakimiyyət daxilində görünməyən müharibə gedir. Kimin qalib gələcəyi bəlli deyil, lakin bir şey aydındır ki, bu müharibədən Ermənistan qalib çıxmayacaq”, – deyə o vurğulayıb.

Rəsul