Eşitmə qabiliyyətini itirən rəssam (VİDEO)

Firudin Bağırov rəssamdır, 55 yaşı var. Biləsuvar rayonunun Aşağı Cürəli kəndində doğulub boya-başa çatıb.

XALQ.AZ-ın məlumatına görə, o, hələ 4-cü sinifdə oxuyarkən xəstələnib sətəlcam olub. Nəticədə eşitmə qabiliyyətini tamamilə itirib.

Firudun Bağırovun sözlərinə görə eşitmə qabiliyyətini itirməsi heç də onun yaşam tərzində küskünlük yaratmayıb. Elə xəstə ikən müalicə olunduğu xəstəxanada onda yaradıcılığa – rəssamlığa güclü maraq oyadıb. Eşitmə qabiliyyətini itirməsinə baxmayaraq mahir rəssam olmaq arzusu ilə o, 1977-ci ildə Ə.Əzimzadə adına dövlət rəssamlıq məktəbinə daxil olub. Ali təhsil aldıqdan sonra müxtəlif vaxtlarda ixtisası üzrə rəhbər vəzifələrdə çalışıb. Hal-hazırda da Biləsuvar Rəsm Qalareyasında baş rəssam kimi çalışır. Peşəkar rəssamın müraciət etdiyi mövzulara gəlincə deyir ki, onun üçün mövzular sərhəd tanımır.

Eşitmə qabiliyyətini itirmiş rəssam Firudin Bağırov deyir ki, “Onun rəngli fırçalarla yaratdığı əsərlər dəfələrlə mötəbər sərgilərdə nümayiş olunaraq mükafat və dimlomlara layiq görülüb. Portret, natürmort janrlarında və abstrakt mövzuda çəkdiyi əsərlər daima sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb”.

Rəsssam qeyd edir ki, onun bu gün təbiətdə olan səsləri eşitməkdən məhrum olması bəzən yaradıcılıqla məşğul olmasına xüsusi təkan verir, çünki rəsm çəkərkən əhatəsində olan hər hansı bir səs- küyü eşitməməsi saatlarca özünə qapanıb fikrini ancaq bir istiqamətə – yaradıcılığa cəmləməyə kömək edir.

Firudun Bağırov vurğulayır ki, bəzən anasının uşaq ikən ona oxuduğu həzin laylay səsi üçün çox darıxdığnı və hətta saatlarca özünə qapanıb bir də heç vaxt eşidə bilməyəcəyi o səsi xatırlayır. Rəssam Firudin Bağırov hamı kimi uzaqda olan dostları, yaxınları ilə əlaqə saxlayarkən mobil telefondan da istifadə edir, amma yalnız SMS vastəsi ilə. Qarşısındakı həmsöhbəti ilə dialoq qurarkən isə heç də çətinlik çəkmir, çünki danışdığı şəxsin sözləri yetərincə düzgün tələffüz etməsi kifayət edir ki, onları tam dəqiqliklə anlasın. Tanımadığı şəxslə söhbət edərkən həmsöhbəti anlamayınca eşitmə qüsuru olduğunu heç biruzə də vermir.