Eşq həvəsə sinonim olub – Kəmalə Paşayeva

Bu bizim yaşayış standartlarımızı artırır və həyatımızı asanlaşdırır. Lakin rifah yaxşı olan dünyamızda insanlar nədənsə xoşbəxt deyillər Xüsusilə maddi vəziyyəti yaxşı olan insanlara baxanda bu vəziyyət daha da ciddi şəkildə görünür. Adını yazmaq istəmədiyim çox məşhur bir psixiatr doktorla bir toplantıda danışarkən, dedi ki, bu gün demək olar ki, insanların 80% antidepressant dərmanlar istifadə edir. Bildirdi ki, xüsusilə depressiya qadınlar arasında daha geniş yayılmışdır.

O qədər də uzaq tarix olmayan öz uşaqlıq illərimi xatırlayıram. İnsanlar hər hansı bir psixoloji narahatlıqları olduqları halda belə psixiatr həkim yanına getməyi qəbul etməzdilər. Çünki o zamanlar psixiatr yanına gedib də antidepressant dərman alan insanlara cəmiyyətdə fərqli baxılırdı. İnsanların psixoloji durumu o qədər yaxşı idi ki, nadir olan bu hallar insanlara anormal hal kimi gəlirdi. Problemi olub ki, gedənlər də onlara pis baxılmasın deyə bunu maksimum dərəcədə gizlətməyə çalışırdılar.

Analarımızın bir paltosu olardı, onu da, 5-6 il, bəlkə də çox geyərdilər. Bütün qardaşlar eyni otağı bölüşürdük, hətta bir çoxumuzun yatağı da bəlkə olmazdı, yerdə döşəklərdə yatırdıq. Bütün ailənin yalnız bir televizoru olardı. Kiçik qardaşlar həmişə böyüklərin kiçilmiş paltarları ilə böyüyürdü. Yeni paltar ya bayramda, ya da ki, yeni məktəb ilində alınardı. Evə qonaq gələndə çox xoşbəxt olardıq və evdəki ən dəyərli nemətlər qonaq üçün saxlanılırdı. İnsanlar qonaq gələrkən yorulmuşuq sözünü heç istifdə etməzdilər, əksinə, sanki daha da dincəlmiş görünürdülər. Qohumlar o qədər mehriban iidilər ki, kasıb və varlı qohum ayrı-seçkiliyi olmazdı. Yaxşı insan kəlməsini duyardıq həmişə. Gözü yaşlı və bədbəxt qadınları çox nadir görərdik, Onunda səbəbi hər halda, ərlərini çox erkən itirmələri olardı. İctimai bir kədər olardı o qadın çəkdiyi acılara. Hər kəs onlara ana, bacı gözü ilə baxardı, yiyələnərdi. Atasız və anasız uşaqlara qarşı cəmiyyətdə böyük mərhəmət vardı. Əgər biri onların qəlbinə dəyəcək bir ifadə işlədərdisə digər insanlar demək olar ki onlarla dava edərdilər. Yoldaşını itirən qadın ərinə olan sevgisindən dolayı hətta ikinci dəfə evlənməzdilər belə. İkinci dəfə evlənməyi həyat yoldaşının ruhuna hörmətsizlik zənn edərdilər.

Heç bədbəxt və ruhsuz uşaq üzü görmürdük. Hər kəs çox şad idi. Uşaqlarını üzündə hamınız uşaqlığın səmimiyyətini və sevincini görərdiz. Bir sözlə varlanmamışdıq, kasıb amma xoşbəxt idik. Əksəriyyət insanın məqsədi yaxşılıq etmək və ətrafını xoşbəxt etməkdi. Baxdığımız filmlər, cizgi filmləri, oxuduğumuz kitablar, dincəldiyimiz mahnılar da bizə məhəbbətin, dostların müqəddəsliyini, pisliyin və pislərin həmişə məğlub olacağını öyrədirdi. Bir sözlə xoşbəxtliyi və əmin-amanlığı öyrədirdi.

İndi nə oldu bizə və dünyamıza? Hər şeyin təqribən dörd dördlük olduğu bir dövrdə bu qədər oranda insan antidepressant istifadə edir. Yoğun Psixiatr həkim sayı çatmır.

Həyatımızda günorta dəhşətli şeylər baş verir ki, insan bunları görərkən bəzən nə üçün bu dünyaya gəlmişəm, kaş gəlməyəydim deyir. İnsanlar bir birindən ayrılaraq tək olmaqdan daha çox xoşbəxt olur.

Yeni trend söz çıxmış, “İnsanları tanıdıqca, heyvanları daha çox sevirəm”. 

Bu sözün hər halda nə qədər ağır bir söz olduğunun fərqində deyilik. Olsaydıq mütləq dəyişməyə çalışırdıq. Bu həyatın sonu deməkdir. Məhəbbət, dostluq, böyüklük, hörmət, sevgi, mənəviyyat o qədər yüksək qiymətlərdir ki, haradasa toxunulmazdı. Mənəviyyatsız bir insan söylənə biləcək ən pis küfrdü. İndi elə söyüşlər var ki, mənəviyyatsız kəlməsi haradasa normal bir ifadəyə çevrilib.

Son bir ayda ətrafımda baş verən bir neçə hadisə, insan və bəşəriyyətlə bağlı ümidlərimi tamamilə alt üst etdi. İnanmayacaqsınız, mənim bu həyatda ən qorxduğum varlıq insan oldu.

Yəqin ki, Sizdə bu hadisələrin şahidi olmusunuz. Qadın bir kişini beyninə salır, evlidir deyirsən, nə olar boşadırıq deyir. Ya Rəbbim bir insan necə bir başqasının göz yaşları üzərində öz xoşbəxtliyini qura bilir? Sevgiyə hörmət edirəm. İnsan evli birində sevə bilir, insan evli olduğu halda bir başqasına aşiq ola bilir. Sözüm onlardan kənara. Nəticədə insanın öz əlində olmayan bir duyğu məhəbbət. Lakin indi əksəriyyət da belə deyil. İnsanın yaxşı, dürüst, insan olması, yaşı, başı heç önəmli deyil. Zəngindirsə kifayətdir. Onun yuvasını dağıdıb öz yuvalarını qurmaq çox asan. Bəs Kişilər? Bu yaxında öz ətrafımda yaşadığım bir hadisə. Dəyər verdiyim bir tanıdığım sözün əsl mənasında xanım əfəndi olan birinə aşiq olduğunu dedi. Həyatının nəhayət 40-ci baharına az qaldığı vaxtda ümidlərinin tam itki etdiyi anda önünə belə bir xanım əfəndi çıxdığının sonsuz şərəfini və qurunun yaşadığını deyirdi. Hətta ətrafında mənim kimi eşqə, sevgiyə inamı və etibarı qalmayan insanların da bu çıxışa fikirlərini dəyişdirə bilmişdi bu adam. Ayrılmadan yalnız bir gün əvvəl Sən mənim həyat enerjimsən, Rəbbimə nə qədər dua etsəm azdır dəyən bir insan, yalnız bir gün sonra mesajla ayrılaq, mənim həvəsim qurtardı dedi.

Elə bir zəmanəyə gəlmişik ki, eşq və həvəs sözləri bir birinə sinonim olub. Allah axırını xeyir etsin. Mən bunun səbəbini xeyli düşündüm və ətrafımdakı insanları xeyli analiz etdim

Az da olsa, bir neçə səbəb tapa bildim

KİŞİLƏRDƏ:

1-ci Ciddi ziddiyət problemi. Nə istədiklərini bilmirlər. Əvvəllər elə bir əxlaq mədəniyyəti vardır ki, qadınlar əl çatmazdılar, müqəddəsdilər, onlara toxunmaq belə özlənilirdi. İndi istənilən qadına yaxınlaşmaq çox asan

15 il əvvəl bir kişi mənə qadınları niyə bu qədər tərifləyirsən dedi, hər qadının bir qiyməti var. Mən bu günə qədər o insana qarşı sonsuz bir nifrət hissi keçirirəm. Bu təbii ki, belə deyil. Çox əziz xanımlarımız var, olub və olacaq. Amma bu da bir həqiqətdir ki, bu dövrdə onların dediyi kimi kifayət qədər qadın da var. Bəzən sosial medialarda baxıram, qarşıma elə rəsmlər çıxır ki, mən qadınlığımla baxmağa utanıram. Analarımız bizi beləmi öyrədiblər. Bir az doğru oturmadığımız zamanlarda Oturub qallxmağınıza diqqət edin xəbərdarlığı alırdıq. İndi baxıram, ana, ata, bütün qohumlar belə sosial mediada dost olublar və qızlarının bədənini nümayiş etdirdiyi şəkilləri like etmişlər. Belə bir şəraitdə məhəbbət insanlar üçün həvəsdən başqa bir şey ola bilməz.

2.Məsuliyyətsiz- Anaların və ataların verdiyi tərbiyədən irəli gəlir

3.Özünə güvənsizlik

  1. Eqoist

5 Mənəvi dünyasının zəif olması

QADINLARDA;

1 Var-dövlətə düşkünlük.

2 Kişilərə və həyata qarşı inamsızlıq

3 Canımı yandırdılar, mən də yandırıram rejimi

4 Məsuliyyətsizlik

5 Eqoizm

6 Həyatı asan yolla qazanmaq, çətinliyə gəlməmək

7 Mənəvi dünyasının zəif olması

Hindistan filmləri ilə böyümüşdük biz, hansı ki, Gopal öz Dostu olan Sangam üçün dünyada ən çox sevdiyi qadından əl çəkir və bu ayrılığa söykənmədən özünü silahla vurub intihar edir. Bütün cəmiyyət bu filmə baxıb ağlayırdı. Sevgi yoldaşlıq dəyərləri o qədər yüksək olardı kı, Gopal hər kəsin idealına çevrilmişdi və hər kəsin içində bir Gopal yaşardı.

Xahiş edirəm, özümüzə qayıdaq. İnsanlar, cəmiyyət, media mülki cəmiyyətlər, dövlət və başqa bu məsələ üzərində ciddi düşünək. Prodüserlər dəyişdirin etmiş olduğunuz qeyri əxlaqi məsələləri özündə ehtiva edən seriallar çəkməyi. Çox pul qazana bilərsiniz, amma ətrafınız bir sürü bədbəxt, gülməyi unutmuş, heyvanları insanlardan daha çox sevən, həyatı antidepresantlardan ibarət olan, aqressiv, xəstə və ciddi mənəviyyat problemi olan uşaq və böyük dolu olacaq. İnsan yaxınlarıyla xoşbəxt olur. Bu cür dairə ilə heç vaxt və heç vaxt xoşbəxt ola bilmərik. Öz səadətimiz üçün ciddi ciddi düşünək bu məsələ üzərində.

Sevgi dolu bir dünya üçün dəyişək.
Kəmale Paşayeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.