Etibar Xəlilov vəzifəyə təyin olundu

 

Santa Clarita Valley şəhərciyinin Şerif müavini vəzifəsində sınaq müddətində olan Etibar Xəlilovun əzmkarlığı öz nəticəsini verib. Kursu bitirən Xəlilova rəsmi məzun sertifikatı və təyinat nişanı verilib.

Bu barədə ABŞ-ın Santa Clarita Vadisinin Şerif Stansiyası rəsmi “facebook” səhifəsində məlumat yayıb. Məlumatda yazılır:

Xəlilov 2002-ci ildə Rusiyadan ABŞ-a köçəndən sonra Los Angeles şəhərinin Şerif şöbə müdiri olmaq istəyib. O, Hava Qüvvələri Akademiyasında keçmiş pilot idi və altı il Moskva Təhlükəsizlik Müdirliyində bir məmur olaraq çalışıb. ABŞ-a gəldikdən sonra o, ilk maneəni aradan qaldırmaq məcburiyyətində qalaraq ingilis dilini öyrənib. Xəlilov türkdilli dövlət sayılan Azərbaycanda böyüyüb. 14 yaşında Rusiyada hərbi məktəbə gedib və rus dilini öyrənib.

Məlumatda Etibar Xəlilovun nitqinə də yer verilib:

“ABŞ vətəndaşlığı olmaq üçün mənə 10 il lazım gəldi. 2012-ci ildə mən vətəndaşlıq qazandıqdan sonra LASD-a müraciət etdim və imtahanı keçdim. Sonra tələbləri yerinə yetirməyə və prosesi tamamlamağa iki il sərf etdim. Mövqeyimə görə Şerifdən Moskva Təhlükəsizlik İdarəsinə göndərildim. Burada ingilis dilində göndərilən yazışmaların hamısı rus dilinə tərcümə olundu. Bu çox uzun çəkdi. Amma mən gözlədim və gözlədiyim kimi də oldu, ailəmə dəstək vermək üçün bir iş tapdım”.

Bildirilir ki, onun hüquq-mühafizə orqanlarına xidmət etmək istəyi ailəsindən qaynaqlanır:

“Dörd qardaşımdan üçü hüquq-mühafizə orqanlarında çalışır, ən böyük qardaşım Moskva Polis Şöbəsində işləyir, kiçik qardaşım isə Azərbaycanda detektivdir. Yəni bu, təbii olaraq gələn bir şeydir və biz seçdiyimiz bir şeydir”.

Paylaşımın sonunda isə LASD İşə götürmə Birimi tərəfindən Etibar Xəlilov barədə bunlar yazılıb: “Və biz SCV Şerifdə Xəlilovun vali olmasından qürur duyuruq, minnətdarıq ki, “heç vaxt imtina etmədi!”. (aznews.az)

Scroll to top