Etika Akademiyası yeni tədris metodu təqdim edir – Şagirdlər üçün

Etika Akademiyası məktəbəqədər yeni tədris metodu təqdim edir. Akademiyada 5-7 yaş həddində uşaqlar məktəbə, liseylərə hazırlaşmaq üçün tamamilə yeni ve 100 % effektiv üsulla tanış olacaqlar.
Onların bu effektiv üsulla peşəkar, xaricdə təhsil almış məşqçilər vasitəsilə ana dili, məntiq, riyaziyyat, təbiət elmlərini əyləncəli virtual reallıq görüntüləri ilə öyrədilməsi nəzərdə tutulmuşdur.. Ənənəvi tədris metodundan fərqli olaraq bu cur tədris daha sürətlə və yaxşı yadda qalır. Standart fənlərlə yanaşı Etika Akademiyası bu proqrama ingilis dili, etiket və aşpazlıq fənlərini də əlavə edib . Yəni həftənin 4 günü uşaqlar sürətlə ən çətin aşılanan mövzuları xüsusi yüksək effektiv və rəngarəng görüntülərlə Etika Akademiyasında öyrənəcəklər . İngiltərənin 50 dən artıq məktəbi artıq bu sistemlə çətin fənləri şagirdlərə daha asan öyrədə bilirlər. Eyni zamanda Etika Akademiyası Virtual və Argumental Reallıqları ən yüksək səviyyədə yarada bilən London və Türkiyə şirkəti ilə əməkdaşlıq edərək AR Təhsil Nazirliyinin təsdiqlədiyi tədris metodu ilə virtual görüntüləri hazırlamışdır. Məsələn, əgər heyvanlar aləmindən danışırıqsa, şagirdlər məlumat aldıqdan sonra gözlükləri taxaraq filləri, atları, delfinləri reallıq qədər yaxın görəcəklər. Planetləri, ayı astranavtlar qədər rahatlıqla gəzərək öyrənmək mümkündür. Bu metodla məlumatı vizuallaşdıranda onu unutmaq mümkün deyil, yaratdığı emosiyalar və həqiqət yaddaşlara həmişəlik həkk olunur. Tədris fevral ayının 5 dən etibarən başlayır. Qeydiyyat artıq başlamışdır. Sinifdə cəmi 6 -10 nəfər ola bilər. Yerlər məhduddur. Ümumilikdə 4 növbə və 40 şagird əhatə etmək mümkündür. Elanlar Cinema Plus kinoteatrlarında yayımlanır. Qeyd edək ki, Etika Akademiyası Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəznində fəaliyyət göstərən fərdi inkişaf mərkəzidir Əlavə olaraq isə məlumatı Etika Akademiyasının sosial şəbəklərindən ala bilərlə