Eurovision 2014-də bu qız cıxış edəcək

evroviz

Danimarkada keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanı təmsil edəcək ifaçı müəyyən edilib.

“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytından AzərTAc-a bildirilib ki, yarışmada Makedoniyanı Tiyana Dapçeviç təmsil edəcəkdir. Müğənni ölkə daxilindən seçilib.

Tiyana Dapçeviç Balkan ölkələrində məşhurdur. İstedadlı və enerjili pop ifaçısını pərəstişkarları sadəcə Tiyana çağırırlar. Hələlik onun Danimarkada ifa edəcəyi mahnı seçilməyib.