Everestdə qar uçqunu: ölənlər var

Qar

Dünyada ən uca zirvə hesab olunan Everestdə bədbəxt hadisə yaşanıb.

Xalq.az-ın məlumatına görə, Himalay dağının 6,4 min metr hündürlüyündə baş verən uçqun nəticəsində 6 nəfər ölüb.

Hindistan rəsmilərinin məlumatına görə, qar uçqunu turistlərin müvəqqəti məskunlaşdığı düşərgənin yaxınlığında baş verib. Uçqun nəticəsində daha 9 nəfər isə itkin düşüb. Onların qar altında qaldığı bildirilib. Qar altında qalanlar Hindistan vətəndaşı olan bələdçilər olub.

Məlumata görə, alpinistlər sıldırımlı yollara çəkilən kəndirləri yoxlamaq istəyən zaman uçqun olub.

Rəsmi xəbərdə isə bildirilir ki, qar uçqunu baş vermiş düşərgədə Everestə dirmanmaq istəyən yüzlərlə turist var. Onların arasında əcnəbilər də olub. Turistlər hava şəraitinin düşəlməsini gözləmək məcburiyyətində qalıblar.