“Excelsior Hotel & Spa Baku” otelində “Yay tədbiri 2018” keçirilib

29 iyun 2018-ci il tarixində “Excelsior Hotel & Spa Baku” otelinin açıq hovuzda yerləşən Pool Bar restoranında “Yay tədbiri 2018” keçirilib.

XALQ.AZ xəbər verir ki,  tədbirdə otelin biznes tərəfdaşları, işgüzar dairələrin nümayəndələri, turizm agentlikləri və KİV nümayəndələri iştirak ediblər. Açılış mərasimində çıxış edən “Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraz qonaqları salamlayaraq onlara otelin yay mövsümündə istirahət etmək üçün olan imkanları haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, bundan sonra paytaxtın qonaqları və sakinləri şəhərdən kənara çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dincələ, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala bilərlər. Sərinləşdirici içkilər, otelin peşəkar aşpazlarının hazırladığı ləzzətli təamlar və canlı musiqi hovuz ətrafında gözəl ab-hava yaradıb. Tədbirdə əməkdar artist Tünzalə Ağayevanın gözəl ifası bütün qonaqların ürəyincə olub. DJ musiqisinin sədaları altında qonaqlar rəqs ediblər. Tədbirin müxtəlif saatlarında aparıcı Kamilə Babayevanın təqdimatında qonaqlar lotoreya oyununda iştirak ediblər. Lotoreyada qonaqlar “Excelsior Hotel & Spa Baku” otelinin “Aura” Sağlamlıq mərkəzinə 1 günlük, 1 aylıq, 3 aylıq, 6 aylıq, 1 illik üzvlük kartları və müxtəlif hədiyyələr qazanıblar.

“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova bildirib ki, “Excelsior Hotel & Spa Baku”otelində yay mövsümünün açılışına həsr olunmuş ənəvi yay tədbiri hər il keçirilir.

“ Excelsior Hotel & Spa Baku” otelinin Satış və Marketing Departamentinin Direktoru İlkin Rüstəmov qeyd edib ki, otel korporativ tərəfaşlarına və turizm şirkətləri ilə olan əməkdaşlıq fəaliyyətlərinə xüsusi əhəmiyyət verir. 2005-ci ildə n fəaliyyət göstərən “Excelsior Hotel & Spa Baku” Azərbaycanın ilk 5 ulduzlu otellərindən biri, Azərbaycan turizminin pioner obyektərindən və ən tələb olunan otellərindən biridir. Otel həftəiçi günlərdə Belvedere restoranında isveç masası stilində (bufet) oluqca dadlı və ləziz business lanç yeməyi xidməti təklif edir. Bir nəfər üçün qiymət 14 AZN-dir. Bu nahar süfrəsində isti və soyuq yeməklərin, qəlyanaltı və desertlərin geniş çeşidi təqdim olunur. Bu restorana axşamlar, həmçinin, ləziz “A La Carta” axşam yeməyi üçün də təşrif buyurmaq olar. Otelin “Aura” sağlamlıq mərkəzi Bakının ən böyük mərkəzlərindən biri olaraq qonaqlara premium səviyyəli spa istirahət xidmətləri təklif edir.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar və “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Orxan