Fətullah Gülənin əsgərlik macəraları

Gulen

Gülən camaatının lideri Fətullah Gülənin əsgərlik macəraları üzə çıxıb.

XALQ.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Gülən qrupuna məxsus nəşriyyatlardan birində uzun illər çalışan Səid Alpsoy açıqlama verib. O, Gülənin gənc əsgərlik dövrünü Anakaradakı hərbi məktəbdə keçdiyini söyləyib:

“Ankaradakı hərbi məktəbdə Gülən özünü müdafiə edəcək olan şəxslərdən biri ilə dostluq edib. Həmin şəxs Türkiyə Özəl Hərb İdrəsində yüksək rütbə tutan Əsad Kəşafoğludur. O, Güləni hərbi xidmət zamanı müdafiə edir, ona dəstək olurdu.
Gülən hərbi xidmətdə olan zaman hətta hərbi formasının üzərindən dini xələt geyinirdi. O, hərdən məscidlərə gedib dini ayinlər oxuyub. Kəşafoğlu Gülənə xidmətinə görə mükafat verib. Bundan sonra Gülən 24 ay əvəzinə 17 ay hərbidə xidmət edərək, ordu sıralarından təxris olunub”.