“Facebook” çip istehsalına hazırlaşır

“Facebook” müxtəlif cihazlar üçün çiplər işləyib hazırlayacaq komanda formalaşdırmağa hazırlaşır.

XALQ,AZ xəbər verir ki, bu yolla şirkət “Intel”, “Qualcomm” kimi iri istehsalçılardan asılılığı azaltmaq istəyir. Elan olunan vakansiyalardan birində bildirilir ki, “Facebook” xüsusi təyinatlı inteqral sistemlər (ASİC) və digər yarımkeçirici qurğular hazırlanması sahəsində mütəxəssis axtarır.

“Bloomberg” qeyd edir ki, “Facebook” öz çipləri üçün geniş tətbiq sahəsi tapa bilər. Məsələn, onlar sosial şəbəkənin data-mərkəzində yerləşən serverlərində istifadə oluna bilər. Bundan başqa, şirkətin gələcəkdə buraxacağı cihazları, məsələn, virtual eynək və “ağıllı” səsgücləndiriciləri öz çipləri ilə təchiz etməsi mümkündür.

Xatırladaq ki, “Apple” korporasiyası da “Mac” kompüterlərində “Intel” prosessorlarından imtina edərək öz çiplərinə keçməyi planlaşdırır. “Alphabet” də süni zəka texnologiyasını dəstəkləyəcək çiplər hazırlamaq üzərində işləyir.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.