Facebook pulsuz antivirus proqramı verəcək

FB

Facebook pulsuz antivirus paylayır.

Facebook Security rəsmi bloqunda dərc edilmiş xəbərə əsasən, tezliklə virusa yoluxmuş kompüter və ya mobil qurğulardan sosial şəbəkəyə daxil olan istifadəçilərə iki pulsuz antivirus proqramından birini quraşdırmaq təklif ediləcək.

XALQ.AZ ICTnews-a istinadən bildirir ki, sosial şəbəkə bu və ya digər qurğunun virusa yoluxmasını hesabın aktivliyinin analizinə əsasən müəyyənləşdirəcək. Əgər aktivlik şübhəli hesab edilsə, istifadəçiyə F-Secure Online Scanner və ya HouseCall proqramını yükləmək təklif ediləcək.

Bununla belə, antivirusun quraşdırılması sorğusundan imtina etmək mümkün olacaq. Təxmin edilir ki, gələcəkdə Facebook istifadəçilərinə əlçatan antivirus proqramlarının siyahısını genişləndirəcək.