Facebook üçün yeni funksiya

Istifadəçilərin məlumatını satdığı üçün başına çoxlu iş açan Facebook böyük səhm dəyərləri və aktiv kütlə itirdi. Əvvəlki reytinqini və populyarlığını qaytarmaq istəyən şirkət bir sıra yeniliklər üçün çalışır. Bunlardan biri də “Gizli Rəylər” adlanan və hələ test edilən bir funksiyadır.

XALQ,AZ xəbər verir ki, hər kəsə açıq olan paylaşımlara yazdığınız rəylərin artıq kimlərə görünüb kimlərə görünməyəcəyin seçə biləcəksiniz.

Qeyd etdiyimiz kimi, artıq rəylərinizi kimlərin görə biləcəyinə qərar verə biləcəksiniz. Hələki məhdud sayda istifadəçi üçün açıq olan və test edilən funksiya yaxın günlərdə yayımlanacaq. Lakin indiki halda, gizli olan rəyləri səyfə adminləri daxil heç kim görə bilmir. Bir sonrakı test versiyalarında gizli rəylərin adminlər tərəfindən görülməsi üçün bir yenilik gətiriləcək. Analitiklərin dediyinə görə, bu yenilik bir çox istifadəçi tərəfindən çox seviləcək.

 

 

Elgün