Faiq Ağayev üçün qadın libasında-Foto

Xəbər verdiyimiz kimi, xalq artisti Faiq Ağayev yeni klipi üçün kamera qarşısına keçib.

XALQ.AZ axşam.az-a istinadən məlumatı verir ki, ekran işi üçün müğənni imicini dəyişib, saçlarını uzadıb. Klipdə “Bu şəhərdə” komandasının üzvləri, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov da rol alıblar.

Rejissorluğunu Nail Naiboğlunun etdiyi klipin çəkilişləri artıq başlayıb. Aktyorlar ekran işi üçün fərqli obraz yaradıblar. Rafael bığ taxıb, Coşqun isə qadın libası geyinib.