Fazil Mustafadan “İstiqlalçı deputatlar”la bağlı TƏKLİF

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yubiley medalı təltif edilən edən şəxslər siyahısına təkcə Cümhuriyyət liderlərinin varisləri salınmamalıdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fədakarlıq etmiş şəxslərin varisləri də bu siyahıya əlavə edilməlidir”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

O bildirib ki, yubiley medalı təltif edilənlər siyahısında təkcə qurucuların varisləri ilə kifayətlənməməliyik.

“ Bundan başqa “İstiqlalçı deputatlar”ın da adı siyahıya əlavə edilməlidir. Biz onların pensiya təminatını da həll etmədik, heç olmazsa Cümhuriyyətin yüz illik yubileyi ilə bağlı Azərbaycan müstəqilliyinə səs verənlərə də bu medal verilməsi məsələsinə baxa bilərik”.

 

 

Elgün