Fevralın 7-dək şaxtalı hava şəraiti davam edəcək

 

47

 

Fevralın 7-dək Bakıda anomal şaxtalı hava şəraiti davam edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-dək havanın minimal temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz saatlarında isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Bu müddətdə əsasən yağmursuz hava şəraitinin üstünlüyü gözlənilir. Ancaq şaxtalı hava şəraiti isə davam edəcək. Fevralın 7-dək bəzi ərazilərdə gün ərzində qısamüddətli zəif qar yağması istisna olunmur.

Fevralın birinci ongünlüyündə, xüsusən də birinci ongünlüyün birinci yarısında anomal şaxtalı hava şəraiti Azərbaycan ərazisində davam edəcək.

Həmin müddətdə ötən günlərdə müşahidə edilən daha kəskin şaxtaların, covğunun olacağı gözlənilmir.