FHN-də Bakının Baş Planı ilə bağlı görüş keçirildi

Fövqəladə Hallar Nazirliyində (FHN) Bakı şəhərinin Baş Planının müzakirəsi məqsədilə görüş keçirilib.

XALQ.AZ xəbər verir ki, FHN-dən  verilən məlumata görə, görüşdə fövqəladə hallar nazirinin müavinləri – tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Ragim Lətifov, Orucəli Hacıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Anar Quliyev, “The Boston Consulting Group” şirkətinin ekspertləri və Nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxləri iştirak ediblər.

Görüşdə Bakı şəhərinin Baş Planının hazırlanması prosesinin beynəlxalq standartlara uyğun təşkil edilməsi istiqamətində hərtərəfli işin aparıldığı bildirilib, bu sənədin hazırlanması və reallaşdırılmasında müvafiq dövlət qurumları, eyni zamanda FHN ilə koordinasiyalı fəaliyyətin vacibliyi diqqətə çatdırılıb. Müzakirələrdə, həmçinin tikintidə təhlükəsizlik normalarına və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının, ümumiyyətlə əhalinin fövqəladə hadisələrdən mühafizəsinin əhəmiyyətindən söz açılıb.

Görüşdə sözügedən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlığın perspektivləri müzakirə edilib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.