FHN generalı Akademiyaya üzvü seçildi

 

Dekabrın 6-da Fövqəladə Hallar Nazirliyində (FHN) Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin üzvü, akademik Gennadi Rodin təmsil olunduğu akademiyanın həqiqi üzvü seçilən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadəyə diplom və döş nişanını təqdim edib.

FHN-dən XALQ.AZ -a bildiriblər ki, noyabrın 22-də Sankt-Peterburqda Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin iclasında akademik Gennadi Rodinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Təbii fəlakətlər və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müraciəti ilə bağlı məlumatı dinlənilib.

İclasda Akademiyasın Bakı şöbəsinin yaradılması, Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyası rəhbərliyinin, həqiqi üzvlərinin seçilməsi, Akademiya üzvlərinin mükafatlandırılması haqqında qərar qəbul edilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, texnika elmləri doktoru, professor İslam Mustafayev Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Aklademiyasının Bakı şöbəsinin rəhbəri vəzifəsinə təsdiq olunub.

Həmçinin tibb üzrə fəlsəfə doktoru, Azərbaycanın əməkdar həkimi, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, texnika elmləri doktoru, professor Fuad Hacızadə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvləri seçiliblər.

Scroll to top