“Fitch”: Dövlət “Azərenerji”yə kreditlərini ödəməkdə yardım edəcək

Fitch” reytinq agentliyi “Azərenerji” ASC-nin emitentin uzunmüddətli defolt reytinqini “BB+”, qısamüddətli defolt reytinqini isə “B” səviyyəsində təsdiq edib, eyni zamanda, kommersiya səbəbləri ilə reytinqləri geri alıb.

XALQ.AZ  xəbər verir ki, agentlik “Azərenerji”nin reytinqinin yeganə səhmdarı Azərbaycanın (BB + / Sabit) reytinqinə uyğunlaşdırıldığını açıqlayıb.

Bildirilir ki, “Azərenerji”nin borclarının böyük hissəsinə dövlət tərəfindən zəmanət verilib:

“2015-ci ilin sonunda imzalanmış sərəncamdan sonra dövlət “2016-2025-ci illərdə xarici valyutada kreditlərin ödənilməsində “Azərenerji” ASC-yə kapital müdaxiləsini davam etdirəcək”.