“Formula-1” Azərbaycan Qran-Prisi başlayır

Bu gün Bakıda “Formula-1” Azərbaycan Qran-Prisi başlayır.

XALQ.AZ xəbər verir ki,  Azərbaycan paytaxtında ardıcıl üçüncü dəfə keçirilən yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.

İlk mərhələ “Formula-2” iştirakçılarının birinci sərbəst yürüşü ilə başlayacaq.

Mövsümün 4-cü sınağında, saat 13:00-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər.

İlk günün son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər. Günə Böyük Britaniyanın məşhur qrupu “Jamiroquai” konserti ilə yekun vurulacaq. Onun ardınca gecə saatlarında DJ Afrojackın iştirakilə əyləncə proqramı baş tutacaq.

 

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir