Rəşad Mahmudov “Forumda müzakirə olunan məsələlər ölkə səhiyyəsinə böyük töhvə verəcəkdir”

Artıq iki ildir ki, ölkəmizdə icbari tibbi sığortanın pilot layihəsi uğurla tətbiq edilir və onun nəticələrinə əsasən layihənin gələcək istiqamətləri müəyyən olunacaq. Təbii ki, hər bir layihənin tətbiqi zamanı meydana müəyyən problemlər çıxır və həmin problemlərin həll yolları axtarılır. İcbari tibbi sığortanın qurulmasında ilkin səhiyyə təbabəti və ailə həkiminin müstəsna rolu var. Son vaxtlar artıq təhsildə rezidentura proqramında ailə həkiminin hazırlanmasına başlanılması gələcək üçün kadr bazası deməkdir. Lakin mövcud kadrların forum, konfranslar və digər tibbi tədbirlər, diplomdansonrakı təhsil proqramları ilə klinik protokollara uyğun şəkildə hazırlıq keçərək əhalinin sağlamlığı keşiyində dayanması üçün tədbirlər görülür və bu iş davamlı şəkildə aparılır. Mən bir həkim kimi inanıram ki, başlanılan bu, yeni layihə ölkəmizin səhiyyə sahəsindəki inkişafında yeni bir mərhələ olacaq.

Bu sözləri Bakıda keçirilən Azərbaycan Tibb Assosiasiyasının təşkilatçılığı ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransında iştirak edən Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov AZƏRTAC-a müsahibəsində deyib.

R.Mahmudov deyib: “Avropa Tibb Assosiasiyaları Forumunun növbəti konfransının Bakıda keçirilməsi təqdirəlayiq hadisədir. Konfransda dünyanın aparıcı qurumları, tibb assosiasiyaları və tibb təhsili federasiyaları və bu qurumların rəhbərləri iştirak edirlər. Ümumilikdə 25 ölkənin tibb assosiasiyasının sədrlərinin, eləcə də aparıcı mütəxəssislərin dünyanın qabaqcıl ölkələrində tətbiq edilən icbari tibbi sığorta və diplomdansonrakı davamlı tibb təhsili, ilkin səhiyyə təşkilatçılığı, səhiyyə kadrlarının resurslarının planlaması istiqamətində məruzələri dinləniləcək. Avropa ölkələrinin, eləcə də postsovet ölkələrinin bu sahədə qazandıqları uğurlar və gələcək perspektivlər barədə müzakirələr aparılacaq. Ümid etməyə dəyər ki, konfrans təkcə bizim ölkəmizdə deyil, ümumən Avropa və dünya ölkələrində səhiyyənin inkişafı üçün yeni inkişaf istiqamətlərini müəyyən edəcək”.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir