Fransa müğənniləri Bakıda oxudular

Saray

Fransanın estrada ulduzları Heydər Əliyev Sarayında çıxış edib.

XALQ.AZ-ın məlumatına görə, Heydər Əliyev Sarayında “Parisdən məhəbbətlə” adlı konsert proqramı təqdim edilib.

Dany Brillant, Julie Zenatti, Hugues Aufray, Chimene Badi, Gerard Lenorman və Julien Dassin kimi Fransa estrada ulduzlarının iştirakı ilə keçirilən musiqili gecə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

“Parisdən məhəbbətlə” adlı konsert proqramında köhnə və müasir fransız estrada musiqiləri ifa olunub. Müəyyən mənada, bir növ dünən və bu gün arasında körpü yaradılıb.

Konsert musiqisevərlərin zövqünü oxşayıb.