Fuad Allahverdiyevə direktor təyin olundu

 

“Azərtelekom” MMC-nin rəhbəri dəyişib.
XALQ.AZ  məlumat verir ki, Fuad Allahverdiyev şirkətin baş icraçı direktoru təyin olunub. F. Allahverdiyev Haim Maimonu əvəzləyib.
F. Allahverdiyev “APA-Economics”ə açıqlamasında faktı təsdiqləyib. O, əlavə edib ki, şirkət hazırda inkişaf strategiyası üzərində çalışır və fəaliyyətini aktivləşdirmək niyyətindədir.
Qeyd edək ki, “Azərtelekom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsini təklif etməklə, naqilli rabitə bazarında fəaliyyət göstərmək məqsədilə təsis edilib. “Azərtelekom” şəbəkəsi Azərbaycanı şimaldan cənuba və qərbdən şərqə qonşuları Rusiya, Gürcüstan və İranla birləşdirir.
Şirkətin səhmdarları “Azərfon” MMC (95%), “Aztelekom” MMC (2,5%) və “Bakı Telefon Rabitəsi” MMC-dir (2,5%).

Apa.az

Scroll to top