Fuad Muradov Gürcüstana gedəcək

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 12-də Gürcüstana gedəcək.

 

XALQ.AZ xəbər verir ki, bu barədə  Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, F.Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Gürcüstana rəsmi səfəri başlayır. Səfər çərçivəsində Dövlət Komitəsinin sədrinin Gürcüstan rəsmiləri və bu ölkədə yaşayan azərbaycanlılarla görüşləri planlaşdırlır.

Səfər iyunun 17-də başa çatacaq.

 

 

Orxan