Fuad Muradov tapşırıq verdi-Diaspora komitəsində yenilik

Azərbaycan Respublikası Diasporla  İş üzrə Dövlət Komitəsinin  yeni internet saytı istifadəyə verilib. Komitədən XALQ.AZ -a verilən məlumata görə, qurumun  fəaliyyətinin tam əks olunduğu portal  http://diaspor.gov.az ünvanında tanış olmaq olar. Yeni saytda Azərbaycan dövləti və xalqı haqqında geniş məlumat var. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız buradan Azərbaycanın dövlət quruluşu, tarixi, coğrafiyası, iqtisadiyyatı, əhalisi, təhsil sistemi, mədəniyyəti, turizm imkanları, adət-ənənələri, mətbəxi, idman sahəsindəki uğurları və s. barədə hərtərəfli bilgi almaq imkani əldə ediblər.
Saytda Dövlət Komitəsinin rəhbərliyi və strukturu haqqında məlumatla yanaşı bu qurumun yarandığı gündən indiyədək keçirdiyi bütün tədbirlər, bu tədbirlərdə qəbul olunmuş sənədlər tam və açıq şəkildə yerləşdirilib. Qeyd edək ki,saytı hazırlayan  İKT üzrə mütəxəssis Cahid İsmayıloğludur. Komitənin fəaliyyətinə dair illik hesabatlarla da  http://diaspor.gov.az internet səhifəsində tanış olmaq mümkündür,eləcə də qurumun mətbuat xidmətinin yaydığı press-relizlər, KİV-də diaspor haqqında dərc olunmuş seçmə yazılar da saytda yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.