Fuad Muradov Türkiyədə rəsmi səfərdədir

XALQ.AZ xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyədə rəsmi səfərdədir.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, rəsmi səfər çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak, Türkiyə dövlət rəsmiləri, diaspor nümayəndələri, həmçinin azərbaycanlı tələbələrlə görüşlər nəzərdə tutulub.

Tədbir və görüşlər Türkiyənin Ankara, İstanbul, Əskişəhər, Antalya və Kütahya şəhərlərində baş tutacaq.

Səfər mayın 26-da yekunlaşacaq.

 

Orxan