Azərbaycan mədəniyyətinə ağır itki

Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı Fuad Poladov vəfat edib.

XALQ.AZ  xəbər verir ki, bu barədə onun ailəsindən məlumat verilib. Xalq artisti uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib. Mərhumla vida məraisimi bu gün evində, Babək prospekti 10 ünvanında keçiriləcək.

Fuad Poladov Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir