Fuad Poladovla vida mərasimi keçirilir

Azərbaycanın xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.

 

XALQ.AZ xəbər verir ki, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir. Ailəsindən bildirilib ki, vida mərasimi 14.00- dək davam edəcək.

Mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

F. Poladov vida mərasiminin evində keçirilməsini və “Qurd qapısı” qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.

Xatırladaq ki, Fuad Poladov mayın 4-də axşam saatlarında dünyasını dəyişib.

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub.

20 mart 1987-ci ildə “Azərbaycanın xalq artisti” fəxri adını alıb.

Fuad Poladov 50-ə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib.

Allah rəhmət eləsin!

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.