Gəncədə bədbəxt hadisə…

bina

Gəncədə yaşayış binasının eyvanı uçub.

XALQ.AZ xəbər verir ki, hadisə Nəriman Nərimanov prospekti 35 ünvanında qeydə alınıb. Binanın 2-ci mərtəbəsində 26 saylı mənzildə yaşayan 1990-cı il təvəllüdlü Reyhan Ağayeva paltar sərərkən eyvan uçub.

Yerə düşən qadın müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir