Gədəbəyin yeni biznesi sistemi

25

 

İcra başçısı dövlət başçısı tərəfindən ayrılmış milyonları ağa-sola xərcləyir; Gədəbəydə «təmirinə» yüz minlərlə manat vəsait sərf olunan yollar isə dağılır…

Ramiz Yediyarov dövlət başçısı İlham Əliyevin keçən il Gədəbəy rayonuna ilkin olaraq ayırdığı 4 milyon manat vəsaiti parklara, xiyabanlara, səkilərə xərcləyərək üstündəndə su içib. Bu barədə redaksiyamıza daxil olan məlumatda göstərilir ki, rayonun sosial inkşafı üçün ayrılan 4 milyon manatın hara xərcləndiyini yalnız icra başçısı bilir. Bundan başqa Gədəbəy rayonun daxili büdcəsindən ayrılan yüz min manatlarla vəsaitlərdə küçələrin, səkilərin təmirinə xərclənib. Rayonun mərkəzi küçələrinin, səkilərinin təmiri üçün 24 saylı Yol İstismar İdarəsinə ayrı-ayrılıqda 250 və 300 min manat vəsait ayrılıb. Daxil olan məlumatda qeyd olunur ki, təmir olunan yolların və səkilərin bir hissəsi artıq dağılmaq üzrədir.
Gədəbəy rayonundan daxil olan məlumata görə icra başçısı Ramiz Yediyaraov dövlət büdcəsindən və rayon daxili büdcəsindən ayrılan milyonlarla manat vəsaitləri abadlıq, təmir tikinti işlərinə sərf edərək vəsaitlərin bir hissəsinin mənimsənilməsinə şərait yaradır. Bildirilir ki, keçən il 28 km-lik Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi üçün ayrılan külli miqdarda dövlət vəsaitinin bir hissəsi mənimsənilib. Belə ki, adı çəkilən yolun çəkilişi zamanı istifadə olunan mal-materialların qiymətləri, həmçinin lahiyyədə göstərilən köhnə yolun cınqıl, torpaqla qaldırılması və sair görülən işlərin qiymətləri bir neçə dəfə şişirdilib. Belə ki, Qarıkənd-Miskinli-Calburun və Qazlıtorpaq-Ağbaşlar avtomobil yoluna qoyulan asfalt köhnə yolun üstündən qoyulub və buda layihədə göstərilən vəsaitin mənimsənilməsinə şərait yaradıb.
Məlumatda göstərilir ki, həmçinin Azərbaycan Kənd İnvestisiyası lahiyyələri çərçivəsində Gədəbəy rayonun 9 kəndinin 45 km kəndlərarsı yollarının təmir edilməsi lahiyyəsindədə külli miqdarda vəsait yeyintisi olub və bu yol maxinsaiyası da icra başçısı Ramiz Yediyarovun “xeyir” duası ilə baş verib. Keçən il Gədəbəy rayonunda 9 səhiyyə, 28 mədəniyyət obyekti, 2 kənd məktəbi cari, 2 kənd orta məktəbi isə əsaslı təmir edilib. 39 obyektin cari təmiri üçün xərclənən 2 milyon manat vəsaitin bir hissəsi cavabdeh şəxslər tərəfindən mənimsənildiyi iddia olunur. Bu obyektlərdə də görülən işlərin çox hissəsi sənədləşdirmələrdə bir neçə dəfə şişirdilib. Həmçinin Nəriman və Miskinli kəndlərində əsaslı təmir edilən orta məktəblərinin tikintisində də yeyinti hallarına yol verildiyi bildirilir.
Qeyd edək redaksiyamıza Gədəbəy rayon büdcə təşkilatalarında baş verən maliyyə maxinasiyaları və icra başçısı Ramiz Yediyarovun bu korrupsiya faktlarına göz yumması ilə bağlı daxil olan məlumatı araşdırdıqdan sonar oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırırq.