Gəlinlik geyindi-Video

Tanınmış müğənni Şəbnəm Tovuzlu bayram günlərində oğlu Əliyə kiçik toy edib.

BAKU.WS xəbər verir ki, Şəbnəm yerli şou-biznesin bir çox məşhur simalarını məcilisinə dəvət edib. Tovuzlu oğlunun toyunda ağ gəlinlik geyinərək, sanki özünə təmtərahlı toy çaldırıb.

Şəxsi İnstagram səhifəsində mərasimdən fotoları paylaşan Şəbnəm yazıb ki, həyat yoldaşı Hacı Rafiq şəkillərdə görünməyi sevmir. Ona görə də ərinin yalnız qolunun fotosunu paylaşıb.

“Belə paylaşıma görə bəziləri yazacaq ki, niyə Hacının ancaq qolu düşüb? Vallah, bu insan nə “İnstagram”, nə “Facebook” işlətmir, heç bir sosial şəbəkədə yoxdur. Mən məcbur etdikdən sonra ancaq “WhatsApp” işlədir. Orada da profilinə ya maşın, ya da dəniz şəkli qoyur. Bu insan hətta tək belə heç bir halda fotolarını paylaşmır. Əsas odur ki, bizimlədir, yanımızdadır” – deyə müğənni şərh yazıb.

https://youtu.be/Vsn4xYckcoM

Şəbnəmin oğlu Ənin dəbdəbəli kiçin toyunda yaşanan ən maraqlı anları sizə təqdim edirik