Gəncə Dövlət Universitetindən şok məktub

86

 

 

Gəncə Dövlət Universitetində rektorla prorektor arasında yaşanan qovğa təhsil ocağında idəretmə sistemini iflic edib. Gəncə Dövlət Universitetinin Pedaqogika və təhsilin əsasları kafedrasının dosenti Bayramova Ziyafət Vilayət qızı tərəfindən rektora, təhsil naziri Mikayıl Cabbarova, baş prokuror Zakir Qaralova və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə ünvanlanan məktubda orada xoşagəlməz olayların yaşandığını təsdiqləyir.

Dosent Z.Bayramovanın məktubunu təqdim edir:

“Hörmətli Yadigar müəllim, məzuniyyətdə olduğunuz dövrdə universitetdə bir çox “işbazlar” yenə də baş qaldırmış, öz korrupsioner, mürdar planlarını “dərə xəlvət, tülkü-bəy” prinsipinə əsaslanaraq həyata keçirirdilər.Bu qocaman təhsil ocağında bir ay müddətində öz diktaturalarını qurmağa nail olmuşdurlar.
Nəzərinizə çatdırım ki, 5 dekabr 2013-cü il tarixində Pedaqogika və təhsilin əsasları kafedrasının baş müəllimi Ə.Şərifovanın Pedaqoji fakültədə nəzərdə tutulmuş açıq dərsinə mənim gəlməməyim kafedra müdiri dos. A.Quliyev tərəfindən qadağa kimi göstərilmişdir. Dərsdə Pedaqoji fakültənin Metodik şurasının sədri səlahiyyətlərindən çıxış etmək imkanı mənə verilməmişdir. Belə ki, auditoriyaya daxil olarkən çox köbud formada həm Ə.Şərifova tərəfindən, həm də kafedra müdiri tərəfindən qarşılandım. Bu zaman yalnız dekan, dos.Apoyev Bayrama xəbərdarlıq etdim ki, mən olmadan dərs müzakirə edilə bilməz. Sonra səhhətim pisləşdi və tələbələr mənim üçün təcili yardım çağırdılar.
Bundan xəbərdar olan A.Quliyev öz ətrafına topladığı ünsürlərlə birgə məndən şikayət ərizəsi yazmaq qərarına gəldi. Guya mən dərsə daxil olub, hamını orada təhqir etmişəm, nalayiq sözlər demişəm və s. Xahiş edirəm, həmin vaxt dərsin çəkilişi iniversitet kameralarında öz əksini tapdığı üçün, kameralara təzədən baxasınız.

Sonra həmin vaxt Universitetdə rektor əvəzi olan prof. Yusif müəllim tərəfindən təzyiqlərə məruz qaldım. O məni işdən azad edəcəyi ilə hədələdi və dos.A.Quliyevin onun adamı olduğunu xüsusi vurğuladı. Mən onun qarşısına faktları qoyarkən, mənə qarşı şıkayət ərizəsi ləğv edildi. Həmin ərizə 6 dekabr 2013-cü il tarixində 130 № kimi qeydiyyata alınmışdır. Xahiş edirəm bunu da araşdırasınız.

Mən öz hesabatımda dəfələrlə müasir standartlara və universitet tələblərinə cavab verməyən tədrisi pisləmişəm və konkret faktlara əsaslanaraq, konkret adlar çəkmişəm. Bundan A.Quliyev və prorektor Yusif müəllim kimi “qoçaqlar” çox böyük məharətlə istifadə etmişdirlər. Nəzərinizə çatdırım ki, kafedranın baş müəllimi Ə.Şərifova heç vaxt işə gəlmirdi, Bakıda Binəqədi rayonunda, daş bazarının yanında cindar Əsmər kimi tanınmışdır. Lakin Siz rektor təyin edildikdən sonra “qanunlar bərkidi” və o, məcbur olub işə gəldi. Təbii ki, A.Quliyevin bir qazanc yolu qalmışdı ki, ona açıq dərs elan edib pulunu alsın. Belə də elədi.

Nəzərinizə çatdırım ki, A.Quliyev bir neçə il bundan öncə Təhsil Nazirliyi və Dünya Bankının birgə keçirdiyi layihədə bu qurumları aldadaraq xeyli miqdarda pul mənimsəmişdir. Kafedrada müəllimlərə aparılmış dərs bölgüsünü əks etdirən sənədlərə müəllimlər imza atmasalar da, prorektor Yusif müəllim tərəfindən dərs yükləri təsdiqlənmişdir. Bu əlaqəni indi başa düşmək çətin deyil.
Ərizədə təqdim etdiyim hər bir faktı sübuta yertirən sənəd var. Nə vaxt istəsəniz təqdim edə bilərəm.

Sizdən xahiş edirəm ki, məsələyə aydınlıq gətirməyiniz üçün araşdırma aparasınız. Mən bir ailm kimi tələbə auditoriyası qarşısında təhqirə məruz qalmışam. Hüquqi dövlətin vətəndaşı kimi mənim şəxsiyyətimə hörmətlə yanaşılmasını tələb edirəm.

Pedaqogika və təhsilin əsasları

kafedrasının dosenti Bayramova Ziyafət Vilayət qızı”.

Nəzərinizə çatdırım ki, A.Quliyev bir neçə il bundan öncə Təhsil Nazirliyi və Dünya Bankının birgə keçirdiyi layihədə bu qurumları aldadaraq xeyli miqdarda pul mənimsəmişdir. Kafedrada müəllimlərə aparılmış dərs bölgüsünü əks etdirən sənədlərə müəllimlər imza atmasalar da, prorektor Yusif müəllim tərəfindən dərs yükləri təsdiqlənmişdir. Bu əlaqəni indi başa düşmək çətin deyil.

Tia.az