Gəncə möhtəşəm qələbəni qeyd edib FOTO

Aprelin 11-i axşam saatlarında Gəncənin Heydər Əliyev adına Baş meydanında yaşanan əsl izdiham, gənclərin “İlhamla irəli” şüarları, üçrəngli və hakim partiyanın bayraqlarının dalğalanması, şən musiqi sədaları Nizami yurdunun möhtəşəmliyinə xüsusi rəng qatıb.

XALQ,AZ xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev keçirilən prezident seçkilərində xalqın etimadını qazanaraq seçki marafonunun qalibi olması ölkənin hər yerində olduğu kimi Gəncədə də böyük coşqu yaradıb. Gəncə seçiciləri şəhərin Baş meydanına gələrək qələbə sevinclərini bölüşüblər. Çünki Yeni Azərbaycan Partiyasının qələbəsi Azərbaycan xalqının qələbəsi, İlham Əliyevin yenidən Prezident seçilməsi, yenidən Azərbaycanın inkişafı, tərəqqisi, yüksəlişi, əminamanlığın, sabitliyin qorunması deməkdir.

Qələbə tədbiri Gəncə şəhərinin incəsənət ustalarının ifasında “İlhamla irəli” konsert proqramı ilə davam edib.



 

Elgün