Gəncədə Aşıq Şəmşir anıldı

Z-1

Gəncə şəhərində Avrasiya Beynəlxalq Araşdırmalar İnistutu İB-nin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İB-nin təşkilatçılığı ilə “Türk Dünyasının Aşıq, Ozan mərkəzlərindən olan Kəlbəcərdən Türk Dünyasına könül körpüsü. Ustad Ağdabanlı şair Qurbanın va Aşıq Şəmşir irsinin işığında Türk Dünyası Ozan gecasi” keçirilib. Tədbir iştirakçıları Göy-göl rayonunda Dədə Şəmşirin abidəsini ziyarət edib, abidəsi önünə əklil qoyublar. Tədbirdən öncə Dədə Şəmşirin həyatına həsr edilmiş video çarx nümayiş etdirilib.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu tədbir iştirakçılarını və Türkiyədən gələn yazarlar və şairləri salamladı. O, qeyd etdi ki, bü gün dövlətimiz milli mənəvi dəyərlərimizə, o cümlədən aşıq sənətinə xüsusi diqqət və qayğı göstərir:
“Ulu öndər Heydər Əliyev hər zaman mədəniyyətimizə, ədəbiyyatımıza, sənətkarlarımıza şair və yazarlara xususi diqqət və qayğı göstərirdi. Bu gün də bu siyasət onun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aşıq sənəti YUNESKO-nun qeyri-maddi irsinin qorunması siyahısına daxil olub. Bu milli-mənəvi dəyərlərimizə olan diqqət və hörmətin bariz nümünəsidir. Təsadüfi deyildir ki, qüdrətli el sənətkarımız Aşıq Şəmşirin 110 illik yubileyinin keçirilməsi haqqında Ümummilli lider Heydər Əliyev 2003 – cü ildə sərəncam imzaladı. Sərəncamla Dədə Şəmşirin Göygöl rayonunda abidəsi qoyuldu, sözügedən rayonun 7 illik musiqi müsiqi məkəbinə onun adı verildi. Ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü şair fəhmi ilə dərk edən Dədə Şəmşirin şeirlərini oxuduqca aşığın ürəkdən gələn səmimi və təbii deyimlərinə valeh olmaya bilmirsən. Xalqın dərdi ilə ağlayıb, sevinci ilə gülən ulu ozanın coşqun ilhamı 60-70 –ci illərdə Azərbaycanda gedən dərin inkişafı və ulu öndər Heydər Əliyev həqiqətlərini məhəbbətlə tərənnüm edirdi. XX əsrin aşıq sənətinin qüdrətli nümayəndəsi Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısının saz-söz sənətində silinməz izlər qoymuşdur. Aşıq Şəmşirin ifasında 75 aşıq havası lentə köçürülüb. Bu günə kimi isə sənətkarın bəzi lent yazıları Azərbaycan Dövlət Radiosunun Qızıl fondunda saxlanılır. AMEA Folklor İnstitutu tərəfindən Aşıq Şəmşirin anadan olmasının 110 və 120 illik yübleylərinə həsr olunmuş Beynəlxalq elmi konfranslar keçirilib. Məhz bu onun göstəricisidir ki, aşıq sənətinə həsr olunmuş tədbirlərin keçirilməsi Azərbaycanın milli-mənəvi dəyərlərə verdiyi önəmin göstəricisidir. Aşıq Şəmşirin irsi yalnız Azərbaycanın deyil, türk xalqlarının və onlarla eyni mədəni məkanda yaşayan qonşu xalqların da filoloq və musiqişünas alimləri üçün maraqlı və dəyərli tədqiqat obyektidir”.
Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva tədbirin məqsəd-məramı, ümumən respublikamıza qonaq gələn, fərqli ədəbi nəsillərə mənsub şair və yazıçıların bu səfəri ilə bağlı ətraflı bilgi verərək, belə səfərlərin qarşılıqlı maraq doğuran ədəbiyyat, ictimai və mədəni məsələlərin müzakirəsi və daha geniş əməkdaşlıq üçün bir fürsət olduğunu qeyd etdi. Bildirdi ki, Aşıq Şəmşir şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, vətən sevgisi, torpağa bağlılıq başlıca motivlərdir. Ustad aşığın yaradıcılığı öz qaynağını xalqımızın milli – mənəvi dəyərlərini tərənnüm edən zəngin saz və söz xəzinəsindən, klassik sənətkarlarımızın bədii irsindən alır. Millət vəkili Q. Paşayeva müxtəlif mövzuların ictimai müzakirəsi, fikir alış-verişi, ədəbiyyatçılarımızın bir-birini daha yaxından tanımağı baxımından böyük önəm daşıyan belə tədbirlərin zəngin proqram əsasında, Bakı, Sumqayıt, Gəncə, Tovuz və başqa şəhərlərimizdə, rayonlarımızda, ayrı-ayrı auditoriyalarda davam etdirilməsi ilə daha çox insana müraciət imkanın əldə ediləcəyini bildirdi. Qənirə Paşayeva “inşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Kəlbəcərdə, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – deyib.
Sonra qardaş ölkədən gəlmiş nümayəndə heyətinin rəhbəri, Nevşəhirdəki ÜRGÜP FM-in sahibi A.Paslanmaz, Azərbaycana həsr etdiyi şeirini oxudu, şeirin-sənətin, şair və yazıçıların xalqlar, ölkələrarası münasibətlərdə yeri və rolu haqqında danışdı. Sonra Türkiyənin və Türk Dünyasının böyük şairi Camal Safi çıxış edərək özünə vətən bildiyi Azərbaycana ilk dəfə gəldiyini söyləyərək təşkilatçılara və onu dəvət edən Qənirə xanıma təşəkkürünü bildirdi. Sonra ustad şair sevilən şeirlərini oxudu.
Türkiyədən gəlmiş şairlərdən Yusuf Dursun, Dr.Mustafa Ziya, Nedim Uçar, Muhsin Durucan, Harika Ufuk, Yunus Kara, Bolat Ünsal, Mehmet Metin Baş, İbrahim Şaşma Azərbaycana gəlməkdən çox məmnun olduqlarını, buranı da özlərinə vətən bildiklərini vurğuladılar və çıxışlarının sonunda şeirlərini oxudular. Şeirlərin arasında Azərbaycana, Qarabağa həsr olunmuş şeirlər tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandı. Tədbirdə İraq türkmanlarından şair-yazar Şemsettin Kuzeci çıxışında İraqda yaşanan son hadisələrdən danışdı və bütün Türk dünyasını İraq türkmanlarına daha böyük dəstək göstərməyə çağırdı və Kərkük Kültür Dərnəyi və Kərkük Qarabağ Dayanışma Platforması olaraq bu cür tədbirlərin daha çox keçirilməsini arzuladı.
Daha sonra təşkilatçılar tərəfindən mükafat və plaketlər təqdim olunduqdan sonura aşıqların ifasında Dədə Şəmşirin irsinə hörmt olaraq saz havaları səsləndirilib. Onun haqqında xatirələr və dastanlar söylənilib.

Z-1

Z-2

Z-3

Z-4