Gəncədə ölkənin ən böyük ticarət mərkəzi tikilir

Gence

Gəncədə ölkənin ən böyük ticarət-əyləncə mərkəzlərindən birinin inşasına başlanılıb.

XALQ.AZ-ın məlumatına görə, Heydər Əliyev prospekti ilə Əziz Əliyev küçəsinin kəsişdiyi yerdə inşa edilən ticarət mərkəzinin sahəsi 7 min 500 kvadratmetrdir. Altı mərtəbədən ibarət tikilinin yerin altında olacaq iki mərtəbəsi avtomobillərin dayanacağı üçün nəzərdə tutulub.

Qalan dörd mərtəbədə isə ticarət və iaşə obyektləri, eləcə də uşaqlar üçün müxtəlif oyunlar fəaliyyət göstərəcək. Hər mərtəbəsinin sahəsi 7 min kvadratmetr olacaq mərkəz gələn ilin sonunda istifadəyə veriləcək.