Gəncədə xüsusi əməliyyat-Terrorçu belə məhv edildi

Gəncə hadisələri ilə bağlı axtarışa verilən Rəşad Böyükkişiyev haqda məlumat var.

XALQ.AZ xəbər verir ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumata görə,polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.

Rəşad Böyükkişiyev öldürüldü

Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri – Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilib və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb.

Bütövlükdə qeyd olunan cinayətin fəal iştirakçılarından 11 nəfərin tutulması təmin olunub.

***
Gəncədə yüksək rütbəli polis zabitlərini qətlə yetirdiyinə görə axtarışa verilən Rəşad Məmmədəli oğlu Böyükkişiyev zərərsizləşdirilib.

APA-nın əldə etdiyi məlumata görə, R.Böyükkişiyev bu gecə hüquq-mühafizə orqanlarınınkeçirdiyi əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu ərazisində zərərsizləşdirilib. O, hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib və bu zaman məhv edilib.

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda 1988-ci il təvəllüdlü Rəşad Məmmədəli oğlu Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu bildirilib.

Rəşad Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə də həbsdə olub. O, 2007-ci ildə anası bıçaqlayaraq öldürüb.

Həbs müddəti bitdikdən sonra Rəşad Böyükkişiyev Rusiya Federasiyasına gedib. Lakin orada da azadlıqda çox qala bilməyib. Həbsdən çıxdıqdan cəmi 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gəncədə polis zabitini qətlə yetirən digər şəxs – Fərrux Xəqani oğlu Qasımov isə bir neçə gün əvvəl yerli əhalinin köməyi ilə tapılaraq polisə təhvil verilib.