Gəncədə yanğın olub

Gence-1

Gəncədə çay evində yanğın baş verib.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhərində ümumi sahəsi 1152 kv.m olan ikimərtəbəli çay evinin dam örtüyünün yanar konstruksiyaları 350 kv.m sahədə yanıb.

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.