Gəncəlilər Ulu Öndərin layiqli davamçısına səs verəcəklər

XALQ,AZ xəbər verir ki, Gəncə şəhərində 11 apreldə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən hər görüşdə böyük izdihamın şahidi oluruq. Gəncə seçiciləri ruh yüksəkliyi ilə təbliğat kampaniyasında iştirak edir, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin yanında olduqlarını bir daha bəyan edir.

YAP Gəncə şəhər təşkilatının kampaniya çərçivəsində keçirdiyi bayram əhval-ruhiyyəli seçicilərlə növbəti görüşü təbliğat qrupunun üzvü, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov açıb. Yusif Yusibov Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab İlham Əliyevin siyasi fəaliyyətindən, o cümlədən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin ölkədə aparılan quruculuq-abadlıq işlərindən danışıb.

YAP Gəncə şəhər təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə Gəncə sakinlərini hər zaman olduğu kimi bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak etməyə, xalqımızı nurlu sabahlara aparan Ulu öndərin bəşəri ideyalarını uğurla davam etdirən cənab İlham Əliyevə səs verməyə çağırıb.

Nərgiz Rəsulova, Sabir Əbdürrəhimov, Mehriban Məmmədova, Asif Cavadov, Çinarə Hümbətova, Cavid Bağırzadə, Elminaz Namazova, Teymur Alıyev cıxış edərək bildiriblər ki, Gəncə sakinləri 11 apreldə seçki məntəqələrinə gedərək Azərbaycanın inkişafına, rifahına, sabitliyinə, bir sözlə, Yeni Azərbaycan Partiyasının Sədri, partiyamızın namizədi cənab İlham Əliyevə səs verəcəklər

“Keçirilən görüşlərdəki yüksək əhval-ruhiyyə onu göstərir ki, ictimai-siyasi proseslərdə daim fəallıq göstərən Gəncə sakinləri bu seçkilərdə də yaxından iştirak edəcək, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər”-YAP Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin və partiyanın şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib.

 

Elgün