Gənc aktrisa Leyla Babayeva baş rol aldığı film Ankarada təqdimatı oldu-Fotolar

 

Ankarada Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar çəkilən “Kağız qəbir” adlı filmin təqdimatı keçirilib

 

 Gənc aktrisa Leyla Babayeva baş rol aldıqı “Kağız qəbir” filiminin  Türkiyənin Ankara şəhərində keçirilən  təqdimatında
Ankarada Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar çəkilən  “Kağız qəbir” adlı filmin təqdimatı keçirilib.
XALQ.AZ-a verilən məlumata görə, Bəşəri ağrını, həqiqi soyqırımı əks etdirən film Türkiyədə də ictimaiyyətə təqdim olunub.
Filmin ssenari müəllifi və rejissoru Elçin Arifoğlu olan tammetrajlı filmin baş rolları aktyorlar Anar Əliyev və Leyla Babayeva canlandırıblar. Filmin təşkilati dəstəyi Azərbaycan Yazıçılar Birliyidir.
Film Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə çəkillib.