Gənc oğlanın ağzından 232 diş çıxartdılar

Dis

Hindistanda həkimlər bir nəfərin ağzından 232 diş çıxardıblar.

XALQ.AZ-ın məlumatına görə, həkimlər şiddətli ağrı şikayətiylə stomatoloqa gedən gənci 6 saat əməliyyat ediblər. Bu qəribə hadisə Mumbaidə yaşanan və dünya stomatologiya tarixinə keçəcək 17 yaşlı Aşik Qavainin başına gəlib.

Həkimlər gəncin sağ alt çənəsində gördükləri böyük şişlik səbəbiylə testlər ediblər. Əməliyyata başlayan həkimlər daha əvvəl heç görmədikləri bir vəziyyətlə qarşılaşıblar. Həkimlər gəncin sağ alt çənəsindəki azı dişlərinin dibində kiçik dişlər olduğunu görüblər. 6 saat davam edən əməliyyatdan sonra Aşikin ağzından 232 kiçik diş çıxarılıb.

Həkimlər stomatologiya tarixinə düşəcək bu hadisə ilə bağlı Ginnessin Rekordlar Kitabına müraciət etməyə hazırlaşırlar.