Gənclər Fondunun Müşahidə Şurasına 17 namizəd var

 

gencler fondunun musahide surasina 17 neferin namizedliyi ireli surulub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının yeni heyətinin seçkilərinə sənəd qəbulu yekunlaşıb.

Gənclər Fondundan XALQ.AZ  verilən məlumata görə, 9-16 fevral tarixlərində Gənclər Fondunun elektron bazasında qeydiyyatdan keçmiş təşkilatlar tərəfindən 17 namizəd irəli sürülüb.

Xatırladaq ki, Gənclər Fondunun Nizamnaməsinə əsasən Müşahidə Şurasının üzvlərinin 5-i müvafiq dövlət orqanlarından, 4-ü isə gənclər təşkilatlarını təmsil edirlər. Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 4 ildir. Səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq, Müşahidə Şurasının üzvlüyünə gənclər təşkilatları tərəfindən namizədlərin irəli sürülməsini təmin etmək üçün fevral ayı ərzində həmin təşkilatların yığıncağının keçirilməsi planlaşdırılır. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 4 mart 2013-cü ildə Müşahidə Şurasının üzvlüyünə gənclər təşkilatlarından Şahin İsmayılov (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri), Seymur Orucov (“Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri), Şahin Seyidzadə (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri) və Nurəddin Mehdiyev (“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri) təyin olunublar.   kenan