Gəzən kitabxana (FOTO)

K-1

“Gəzən kitabxana II” layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinə əsasən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən həyata keçirilir.

Xalq.az-ın məlumatına görə, layihənin məqsədi gənclərin kitab oxumaq sahəsinə marağın artırılması, onların pulsuz kitab resursları və elektron kitab vəsaitləri ilə təmin olunmasıdır.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılışı həyata keçirilən “Gəzən kitabxana” layihəsi çərçivəsində formalaşdırılmış səyyar kitabxana 2013-cü il ərzində uğurla Azərbaycan Respublikasının bölgələrində fəaliyyət göstərib, minlərlə oxucu kütləsini əhatə edib.

“Gəzən kitabxana” layihəsinin uğurlu və davamlı olmasını nəzərə alaraq, bu gündən başlayaraq 2014-cü ilin noyabr ayınadək davam edəcək layihə Bakı, Şəki, Biləsuvar, Qusar, Xaçmaz, Gədəbəy, Şəmkir, Balakən, Qəbələ, İsmayıllı, Naftalan şəhər və rayonlarında həyata keçiriləcək.

k

K-1

K-2

K-3

K-6

K-4

K-7