Gecə klubunun qarşısında qətl

Koral

Bakının Nəsimi rayonunda gecə klubunun qarşısındakı mübahisə ölümlə nəticələnib. Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsindən verilən məlumata görə, hadisə “Koral” gecə klubunun qarşısında baş verib.

Belə ki, gecə saat 03:00-da 1996-cı il təvəllüdlü Vüsal İlham oğlu Abdullayev çoxsaylı bıçaq zərbələrindən qətlə yetirilib. Deyilənlərə görə, hadisədən əvvəl Vüsal Abdullayev orada kimləsə mübahisə edib. Onun qan içərisində olan meyidini hadisə şahidləri gecə saatlarında aşkarlayıb. Dərhal hadisə yerinə polis çağırılıb.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.