General atasından maraqlı addım-ABŞ-dan gözlənilməz qərar

 

Tarixi qaynaqlardan məlumdur ki, Azərbaycan ərazisində qədimdən xalqımızın soy-kökündə dayanan bir çox tayfalar və qəbilələr, eləcə də müxtəlif etnik və dini qruplar yaşamışlar. Onlardan biri də adları tariximizin son minilliyinə silinməz izlərlə yazılmış məşhur Şadılılar tayfasıdır.

Şadılılar  935-ci ildən Araz və Kür çayları arasında, 951-ci ildən isə antik Atropatanın quzeyində yerləşən və daha sonra Aran adlanan bölgədə hakim tayfa sayılmışdır. Onlar bu ərazidə tam möhkəmləndikdən sonra Şəddadilər dövlətini yaratmışlar. Şəddadilərin ağsaqqalı olmuş Şadı bəyin oğlu Məhəmməd 951-ci ildə Divin camaatının dəstəyi ilə bölgəyə müstəqil nəzarəti ələ keçirmiş, 1075-ci ilədək Gəncə və Dvində, 1174-cü ilədək Anidə hökmranlıq etmiş şəddadilər sülaləsinin əsasını qoymuşdur.

Van tarixi yazarına görə, Şadılılar əslən türk olub dörd qardaşdan törəmişlər: Cəlal adlı qardaşın nəsli – Cəlalilər Van və Bəyazitdə yerləşmişlər; Heydərin davamçıları Tunceli, Kığı Ağrı tərəfdə məskunlaşmışlar; Mil adlı qardaşın övladları – Millilər müxtəlif bölgələrdə yaşamışlar; Şadı adlı qardaşdan isə Şadılılar əmələ gəlmişlər. Şadılılar müxtəlif bölgələrdə yaşayırdılar. Beləliklə,  Şəddadilər dövləti iflasa uğrayandan sonra tayfanın davamçıları dünyanın bir çox bölgələrinə yayılmışlar.

Müxtəlif millətlərdən olan bir sıra tədqiqatçılar əslən türk olan Şadılıların kürd  və başqa tayfalardan olduqlarını sübut etməyə çalışırlar. Ancaq tarixi faktlar göstərir ki, Şadılıların  başçısı Şadı bəyin tərəfdarları, eləcə də onun davamçılarından olan Fidulin və digərləri türklərlə birlikdə başqa dövlətlərlə vuruşmuşlar, hətta tarixçilər Şəddadi dövlətinin çətin vaxtlarında türklərin onların köməyinə gəldiklərini də yazırlar.

Bəzən Səlahəddin Eyubinin də kürd olduğunu deyirlər və bunun, guya, onun özünün dilindən yazıldığını qeyd edirlər. Əslində isə tarixdən və bizim nəslin əcdadlarının şəcərəsindən məlumdur ki, Qərbi Azərbaycanın Dvin, Vedi bölgələrində yaşayan Şadılılar məhz Gəncə də mərkəz olmaqla Şəddadilər  dövlətini yaradan  Şadılılar olmuşlar.

ATU-nun insan anatomiyası kafedrasının müdiri,  professor Vaqif  Şadlinskinin araşdırmalarına görə şəddadilər sülaləsindən günümüzə gəlib çıxanların arasında dövrünün ictimai-siyasi xadimi Abbasqulu bəy Şadlinski də var ki, onun da şəcərəsindən biri o elə özüdür.  Yaxinlarda Vaqif Şadlınski maraqlı araşdırma aparıb. Belə ki, o öz bədənindən genetik nümunə götürdərək ABŞ-in Family Tree DNA – labarotoriyasina göndərib.  Bu DNK testi ilə professor şəcərəsindən olan insanları tapmaq istəyib. Labaratoridan olduqca maraqlı cavab alıb. 5 nəfər eyni DNK daşıyıcılarının siyahısında Azərbaycanla yanaşı Ermənistandan və Türkiyədən adlar çıxıb. Bir nəfərin isə ümumiyyətlə ölkəsi haqda məlumat yoxdur. Alimin araşdırmaları zamanı məlum olub ki, həmin şəxs – Shaddadid Əlçəzair vətəndaşıdır.

Şadlinski – Vedi, Armenia

İmanov – Şirvan, Azərbaycan

Shaddadid – Naməlum

Yılmaz  –  Bilecik, Türkiyə

Çaçba  –  İstanbul, Türkiyə

Nəzərə alsaq ki, öz genetik kimliyini adıcəkilən labaratoriya vasitəsilə araşdiran dünya əhalisinin heç 1 faizini belə təşkil etmir və onlardan da 5 nəfəri Şəddadilər sülələsinə mənsubdur, bu bir daha göstərir ki, həqiqətən də Şəddadilər sülaləsindən günümüzə gəlib çatan yüz minlərlədir.

 

Qeyd edək ki, Vaqif Şadlinski  Xarici Kəşfiyyat Xidməti rəisinin müavini general-mayor Ceyhun Şadlinskinin atasıdır.