General “Beynəlxalq Ordu Oyunları – 2018” yarışlarının açılışında

Moskva şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 28-də Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları – 2018” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

 

XALQ.AZ xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan hərbçiləri Bakıda keçirilən “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrində iştirak edirlər.

Bundan əlavə, Azərbaycan hərbçiləri İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edirlər.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.