Sədr jurnalistlərə səsləndi

“Jurnalistlər üçün keçirilən seminarlar gömrük-media münasibətlərinin formalaşmasına ciddi təkan verəcək”.

 

XALQ.AZ xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan gömrüyü – bu gün və sabahın çağırışları” mövzusunda seminarda çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

Komitə sədri deyib ki, dünyada gedən qlobal dəyişikliklər fonunda ölkənin iqtisadi təhlükısizliyinin təmin edilməsində gömrük orqanlarının fəaliyyəti mühüm əhəmiyyət kəsb edir:

“Təklif edirəm ki, jurnalistlərdən ibarət xüsusi qrup yaradılsın. Həmin qrup mütəmadi olaraq gömrük xidmətinə daxil olan ayrı-ayrı struktur bölmələrin fəaliyyəti ilə yaxından tanış olsunlar. Ümid edirəm ki, bu seminar indiyədək gömrük sistemində həyata keçirilən işlər barədə cəmiyyətə dolğun və hərtərəfli məlumatların verilməsində faydalı olacaq”.

Qeyd edək ki, jurnalistlər üçün təşkil olunan seminarda Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev və digər şəxslər də iştirak edir.