General Milli Məclisdə hesabat verəcək

Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Milli Məclisə hesabat verəcək.

XALQ.AZ məlumat verir ki, Milli Məclisin  aprel 3-də keçiriləcək iclasında  Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-cı il üzrə illik hesabatı deputatlar qarşısında məruzə olunacaq.

Hesabatı Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov təqdim edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.