General polkovniklə bağlı əmr imzaladı

ramil
Daxil İşlər naziri Ramil Usubov DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis müavini təyin edib.
Nazirin sərəncamına əsasən, bu vəzifə polis polkovniki İsmayıl Əsədova həvalə edilib(axar.az).
Qeyd edək ki, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki İsmayıl Əsədov vəzifəsindən azad olunub.
Xatırladaq ki, İ.Əsədov bu vəzifəyə 10 ay əvvəl – keçən ilin iyul ayında təyin olunub. O, bu vəzifəyə qədər Bakının bir neçə rayonunda rəis vəzifəsində işləyib. O, eyni zamanda, DİN sistemində təcrübəli  polis rəislərindəndir.
Похожее изображение