General tapşırıq verdi-Şəxsi heyət hərəkətə keçdi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Çayqışlaq yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən XALQ.AZ-a verilən xəbərə görə, mürəkkəb relyefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb edilib.

İlkin məlumata görə, qeyd olunan ərazidə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.