General tapşırıq verdi-vəzifələrindən azad olundu

Ötən il cəzalandırılan polis əməkdaşlarının sayı açıqlanıb.
XALQ.AZ xəbər verir ki, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilir ki, ötən il daxili nəzarət çərçivəsində aşkarlanmış 312 fakt üzrə 414 əməkdaş intizam qaydasında cəzalandırılıb. Onlardan 26-sı daxili işlər orqanlarında xidmətdən xaric olunub, 40-ı tutduğu vəzifədən azad edilib, 348 əməkdaş barəsində isə digər tənbeh tədbirləri görülüb.
Ötən il dini təbliğatla qanunsuz məşğul olan 142 nəfər barəsində tədbir görülüb.
Hesabatda bildirilir ki, həmin şəxslərdən istehsalına və idxalına müvafiq icra orqanının razılığı alınmamış 5185 ədəd dini ədəbiyyat, 356 ədəd broşür, 145 ədəd kompakt disk, 3 ədəd odlu silah və 14 ədəd sursat aşkarlanaraq, götürülüb.